Puşilin Putinin əmrini yerinə yetirməkdən imtina edib? - FOTO

06/01/2023 - 01:12

“Ukrayna rəhbərliyi ilə heç bir barışıq ola bilməz”.

Qafqaz.media xəbər verir ki, bu barədə “DXR” lideri Denis Puşilin bildirib.

Puşilinin fikrincə, Prezident Vladimir Putinin bir pravoslav şəxs kimi qərarı konkret olaraq pravoslavlara aiddir.

“Məlum səbəblərə görə, biz Ukraynanın qalan hissəsinin rəhbərliyini pravoslav hesab etmirik. Odur ki, heç bir atəşkəsdən söhbət gedə bilməz!”, - Puşilin deyib.

Onun sözlərinə görə, qərar atəşkəs və ya hücumla bağlıdır.

“Ancaq bu o demək deyil ki, biz düşmənin təxribatlarına cavab verməyəcəyik! Yaxud da bu bayram saatlarında düşmənə az da olsa şans verəcəyik ki, onların təmas xəttində mövqelərini yaxşılaşdırsınlar”, - deyə separatçı bildirib.

Qafqaz.media