Qalustyan, Petrosyan, Simonyan və başqaları… - Zelenskinin sanksiya siyahısından məşhur ermənilərin də adları var

07/01/2023 - 20:17

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya media məkanının nümayəndələri də daxil olmaqla, ümumilikdə 119 nəfərə qarşı şəxsi sanksiyalar tətbiq olunması ilə bağlı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 6 yanvar tarixli qərarını təsdiqləyib.

Qafqaz.media xəbər verir ki, siyahıda müğənnilər İrina Alleqrova, Dmitri Bilan, Larisa Dolina, təbliğatçı Aleksandr Duqin, aktyorlar Dmitri Dyujev, Mixail Qalustyan, komediya ustası Yevgeni Petrosyan yer alıb. Bundan əlavə, məhdudlaşdırıcı tədbirlər teleaparıcı Leonid Yakuboviç, ifaçı Filipp Kirkorov, prodüser İosif Priqojin, rejissor Nikita Mixalkov və müğənni Lolita Milyavskayaya şamil edilib. Siyahıya teleaparıcı Janna Badoeva və RT kanalının baş redaktoru Marqarita Simonyan, həmçinin futbol məşqçisi Anatoli Timoşçukun adı da daxildir.

Sanksiyalar həm də iqtisadi xarakter daşıyır. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov qeyd edib ki, Ukrayna Xarici İşlər Nazirliyinə sanksiyaların tətbiqi barədə Avropa İttifaqının, ABŞ-ın və digər ölkələrin səlahiyyətli orqanlarını məlumatlandırmaq və oxşar sanksiyaların tətbiqi məsələsini qaldırmaq tapşırılıb.

Qafqaz.media