“QƏRBƏ VERDİYİMİZ SİQNALLARIN TƏSİRİ YOXDUR...” – “Qərb artıq bu qərarı verib...”

15/09/2024 - 07:27

“Qərbdə Rusiyanın dərinliklərinə zərbələr endirmək qərarı artıq qəbul edilib”. “AzPolitika” xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov BRİKS media sammiti çərçivəsində deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar və Britaniya “Ukrayna ətrafında vəziyyəti zəif idarə olunan eskalasiya mərhələsinə aparır”. Bununla da uzun müddət Ukraynanın şəhərlərini cəzasız şəkildə bombalamaq lüksü ilə yaşayan Rusiya öz dərinliklərinə cavab zərbələri endirilməsi reallığı ilə üz-üzə qaldığını etiraf edib. Ryabkov buna görə Putinin də dediyi kimi, Rusiyanın daha sərt addımlar atmalı olacağına eyham vurub: “Rusiya Federasiyasının eskalasiya təhlükəsi ilə bağlı Qərbə verdiyi şifahi siqnalların heç bir təsiri yoxdur, bu isə siqnalın xarakterini dəyişdirmək zərurətindən xəbər verir. Rusiyanın opponentlərinin siyasi və hərbi rəhbərliyi onların məsuliyyətsiz hərəkətlərinin nəticələrinin ağırlığını ölçməlidir”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57