Qubada tullantıları yeşikdən kənara atan şəxsə xəbərdarlıq edildi

01/12/2023 - 09:33

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan 1 nəfər şəxs müəyyən olunub.

Onunla profilaktiki söhbətlər aparılıb və barəsində qanunamüvafiq tədbir görülüb.