Qəzzada 24 saat ərzində əməliyyatlar zamanı 71 nəfər ölüb

25/08/2024 - 07:50

İsrail ordusunun avqustun 24-də Qəzza zolağının mərkəzi hissəsində keçirdiyi əməliyyatlar nəticəsində 71 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Anklavın mərkəzindəki Deyr əl-Bələh şəhərinə doğru irəliləyən tanklarson iki gündə 100 mindən çox insanı ərazini tərk etməyə məcbur edib. Qəzzanın Səhiyyə Nazirliyi avqustun 24-də bildirib ki, İsrail ordusunun anklavda keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 40 334 nəfərə çatıb, daha 93 356 nəfər yaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10