Ərdoğandan vəhşicəsinə öldürülən qızla bağlı açıqlama...

09/09/2024 - 07:58

Vəhşicəsinə qətlə yetirilən Narinin acı xəbəri hamını dərindən kədərləndirdi. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə səhifəsində yazıb. “Narin qızımızın itkin düşməsi barədə məlumat verildikdən sonra hüquq-mühafizə orqanları onu tapmaq üçün böyük səy göstərdilər. 19 gün aparılan axtarışlar zamanı təəssüf ki, ürəkaçan xəbər ala bilmədik. Narini qətlə yetirənlər mütləq ədalət qarşısında cavab verəcək. Narin övladımızı bizdən alanlara ən ağır cəzanın verilməsi üçün hüquqi prosesi şəxsən izləyəcəyəm”, - deyə dövlət başçısı qeyd edib. Qeyd edək ki, Diyarbəkirdə Narin Güran adlı 8 yaşlı qızcığaz 21 avqustda itkin düşüb və 19 gün sonra onun cansız bədəni tapılıb. Azyaşlının vəhşicəsində qətlə yetirildiyi bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ