Ərdoğanın Putinlə danışacağı haqda açıqlamaya Kremldən reaksiya - YENİLƏNİB

03/01/2023 - 23:20

“Rusiya prezidenti Vladimir Putin yanvarın 4-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışmağı planlaşdırır”.

Qafqaz.media xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Bəli, doğrudan da Vladimir Putin çərşənbə günü Rəcəb Tayyib Ərdoğanla danışmağı planlaşdırır”, – Peskov Rusiya mətbuatına bildirib. O, bununla da Türkiyə liderinin sözçüsü İbrahim Kalının bəyanatını təsdiqləyib.

*** 22:24

Ərdoğan Zelenskiyə və Putinə zəng edəcək - RƏSMİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 4-də Ukrayna prezidenti Vladimir Zelenski və Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

Qafqaz.media-nın məlumatına əsasən, NTV telekanalı bu barədə  Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalına istinadən xəbər verir.

Onun sözlərinə görə, Ərdoğan Rusiya və Ukrayna prezidentləri ilə Ukrayna böhranının nizamlanması məsələlərini müzakirə etmək niyyətindədir.

Qafqaz.media