Rəşad Nəbiyev: Azərbaycan ekoloji dəyişiklikləri izləmək üçün peyk müşahidələrindən fəal istifadə edir

16/11/2024 - 09:56

Azərbaycanda hər gün təxminən 1,5 milyon əməliyyatı emal edən Rəqəmsal Körpü təşəbbüsü sayəsində ətraf mühitə təsir əhəmiyyətli dərəcədə azalıb. APA xəbər verir ki, bunu Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə Yüksək Səviyyəli Dəyirmi Masada çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. “Bundan əlavə, Azərbaycan quraqlıq, səhralaşma və su ehtiyatlarının idarə edilməsi kimi ekoloji dəyişiklikləri izləmək üçün peyk müşahidələrindən fəal şəkildə istifadə edir, transformasiya həmçinin ətraf mühitə nəzərəçarpacaq dərəcədə təsir göstərir. Günəş baza stansiyaları zamanın 60%-dən çoxunda bərpa olunan enerjidən istifadə edir, bu da enerji istehlakını və emissiyaları əhəmiyyətli dərəcədə azaldır”, - nazir əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21