RUS HƏRBÇİDƏN ARVADINA ŞOK İNTİHAR MƏKTUBU… - “Onlar əsgərləri döyürlər, zorlayırlar…” / FOTO

04/01/2023 - 15:04

“LNR” adlanan yerdə “Axmat” batalyonunun rusları idarə etdiyini, pul götürdüyünü və əsgərləri zorladığını bildirən hərbçi asılmış vəziyyətdə tapılıb.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, Ukraynada döyüşən rus hərbçi intihardan əvvəl həyat yoldaşına məktub yazıb.

“Əzizim, mən burada olduğum müddətdə cəhənnəmi gözlərimlə görmüşəm. Bu qədər ölüm Çeçenistanda və ya Əfqanıstanda da olmayıb. Hər yan insan leşidir. Amma intihar etməyimin səbəbi bu deyil.

Biz burdayıq, amma rus xalqı heç nə deyil, bizi çeçenlər idarə edir. Onlar rus əsgərləri döyürlər, zorlayırlar, amma heç kim onlara heç nə etmir.

Kseniya, göndərdiyin bütün pulları götürüb mənə nəsə etdilər. Bilin ki, mən müqavimət göstərmişəm. Və unutma ki, səninlə mənim heç kimə borcumuz yoxdur. İndi çox dəqiqdir. Səni sevirəm. Qarşı tərəfdə görüşərik”, deyə rus hərbçi intihar məktubunda yazıb.

Qafqaz.media