Rus oliqarx Dmitri Mazepinin milyonluq yaxtası Sardiniyada “itib” - GUARDİAN

09/12/2022 - 13:01

Rusiyalı milyarder Dmitri Mazepinin milyonluq yaxtası Sardiniyada “yoxa çıxıb”.

Qafqaz.media Britaniyanın “Guardian” qəzetinə istinadən xəbər verir ki, milyarderin yaxtası Rusiyanın Ukraynaya təcavüzündən sonra ona qarşı tətbiq edilən sanksiyalara görə İtaliya hakimiyyəti tərəfindən həbs edilib.

Yachts for Sale: Luxury Superyachts, Buy a Yacht | Burgess

“Guardian” yazır ki, dəyəri 700 min avro ilə 1 milyon avro arasında olan 22 metrlik “Aldabar” yaxtası Olbia limanında olub. Mazepinin adı sanksiyalara məruz qalan rus iş adamları arasında olduğundan, onun yaxtası mart ayında həbs edilib.

Qəzetin yazdığına görə, yaxta iyun ayına qədər Olbiyada olub, sonra “yoxa çıxıb”. Və bu, rəsmi olaraq Mazepinin mülkiyyəti üzərində həbs qərarı elan edilməmişdən bir neçə saat əvvəl baş verib.

"Mazepin onun siyahıda olduğunu bilirdi. Lakin o, gəminin ona məxsus olduğunu müəyyən etdiyimiz müddətdən maksimum istifadə edə bildi. Çünki bizə bütün mülkiyyət zəncirini araşdırmaq lazım idi", - mənbə bildirir.

İtaliyanın maliyyə polisi qəzetə bildirib ki, “biz sahibini yoxlama prosesində olanda yaxtanı götürüblər”.

Polisin məlumatına görə, Mazepin yaxtanı xarici şirkətlərdən biri vasitəsilə qaçırıb və onu Olbiadan götürən italyan kapitana külli miqdarda pul ödəyib. İtaliya polisi yaxtanın sonuncu dəfə Tunisin Bizerte limanında göründüyünü müəyyən edib, lakin onun hazırda harada olduğu bilinmir.

“The Guardian” yazır ki, İtaliya hakimiyyəti Mazepinin özünü, onu limandan qaçıran şirkəti və kapitanı yaxtanın qanunsuz çıxarılmasına görə 500 min avro cərimələyə bilər.

Nikita Mazepin y la incógnita de su continuidad en F1

Nəşr Sardiniyada Mazepinə məxsus villanın da həbs edildiyini bildirir.

Xatırladaq ki, Mazepin “Uralchem”-in direktorlar şurasına rəhbərlik edir, o, Aİ və Böyük Britaniyada sanksiya siyahısına daxil edilib.

Qafqaz.media