Rusiya hərbi əməkdaşlığa can atır, Çin isə Moskvanı sülhə hazırlayır… - PUTİN-Sİ DANIŞIQLARININ PƏRDƏARXASI

31/12/2022 - 00:45

Rusiya prezidenti Vladimir Putin onlayn danışıqlar zamanı Çin sədri Si Cinpini ölkələr arasında hərbi əməkdaşlığı artırmağa çağırıb.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, Ukraynanın işğalından və Rusiyanın misli görünməmiş beynəlxalq təcridindən sonra Çin Moskva üçün əsas müttəfiqə çevrildi. Lakin Pekin hələ də Ukraynadakı müharibə ilə bağlı qəti şəkildə neytral mövqe tutub.

Si ilə söhbəti zamanı Putin Rusiya və Çin əlaqələrini “nümunəvi əməkdaşlıq modeli” adlandırıb.

Çin lideri isə ənənəvi olaraq sadələşdirilmiş şəkildə “Pekin çətin və birmənalı olmayan beynəlxalq vəziyyət qarşısında Moskva ilə strateji əməkdaşlığı artırmağa hazırdır”, - deyə bildirib.

Bununla belə, Rusiya dövlət mediasının məlumatına görə, Çin lideri Rusiyanı danışıqlara hazır olmasını dəstəkləyib: “Biz müşahidə etdik ki, Rusiya Ukrayna münaqişəsini danışıqlar yolu ilə həll etməkdən imtina etmir, biz bunu çox yüksək qiymətləndiririk”.

Beləliklə, Çin Xalq Respublikasının sədri Rusiya ilə hərbi əməkdaşlıq təklifinə konkret bir cavab verməyib.

Путин и Си

Digər tərəfdən, Putin Si Cinpini 2023-cü ilin yazında Moskvaya dəvət edib ki, Çin lideri cavab çıxışında bu təklifə heç bir reaksiya verməyib.

Qafqaz.media