Rusiya işğal etdiyi ərazilərdə SMERÇ quraşdırıb – GENERAL LEYTENANT AÇIQLADI

04/12/2023 - 13:03

Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulev “Vladimir Solovyovla bazar axşamı” televiziya şousunda Rusiyanın işğal olunmuş ərazilərdə SMERÇ reaktiv yaylım atəşi sistemi quraşdırdığını bildirib.

Onun fikrincə, belə bir struktura Rusiyanın regionlarında da ehtiyac var: “Bu gün arxa cəbhədə bizə müdaxilə etməyə çalışırlar. Atom sualtı qayıqlarımızın və gəmilərimizin yerləşdiyi Uzaq Şərqlə danışdım. Onlar da təhlükə altında ola bilər, ona görə də müdafiə məsələlərinə bir az fərqli yanaşmaq lazımdır”.