"RUSİYA SOLEDARI ALIB, AMMA..." - ABŞ Müharibənin Tədqiqi İnstitutu vəziyyətin dəyişmədiyini deyir...

13/01/2023 - 09:19

Rusiya qüvvələri Soledarın hamısına olmasa da, böyük hissəsinə nəzarət edir və görünür, Ukrayna qüvvələrini şəhərin qərb kənarından sıxışdırıb çıxara bilib.

Qafqaz.media xəbər verir ki, Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) ekspertləri cəbhədəki vəziyyətlə bağlı müntəzəm hesabatlarında bu qənaətə gəliblər.

ISW hesab edir ki, yanvarın 11-də Soledarın ələ keçirilməsi ehtimalı cəbhədə vəziyyətin dəyişməsi demək deyil.

Hesabatda qeyd olunur ki, cümə axşamı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Soledardan təxminən bir kilometr şimal-qərbdə yerləşən Sol kəndində Rusiyanın hücumlarının dəf edildiyi barədə məlumat yayıb. Ancaq əvvəlki günlərdən fərqli olaraq, Ukrayna hərbçiləri Soledarın özündə hücumu dəf edə bildiklərini deməyiblər.

Rusiya mənbələri isə Rusiya ordusunun Soledarın “təmizlənməsi”ni başa çatdırdığını, hərbi bloqerlərin teleqram kanallarında isə “Vaqner” döyüşçülərinin şəhərin küçələrində gəzdiyini əks etdirən kadrlar dərc edib.

"Mövcud olan bütün sübutlar göstərir ki, Ukrayna qüvvələri Soledarda daha mütəşəkkil müdafiəni dəstəkləmir", - ISW ekspertləri deyir.

ISW hesab edir ki, təxminən 14,2 kvadrat kilometr ərazisi olan Soledarın ələ keçirilməsi Rusiya qüvvələrinə Ukraynanın Baxmutla kritik yerüstü rabitə xətləri üzərində nəzarəti ələ keçirməyə imkan verməyəcək.

Qafqaz.media