RUSİYA UKRAYNAYA 120 RAKET ATDI - Kiyevdə su və elektrik enerjisi kəsilib... / Yenilənib
Rusiya ordusunun Ukraynanın Kiyev vilayətinə raket zərbələri endirməsi nəticəsində 3 mülki şəxs yaralanıb.
“RBK Ukraina” xəbər verir ki, bunu Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Mer deyib ki, xilasedicilər ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər. Bundan başqa, Kiyevdə su və elektrik enerjisi kəsilib.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyakın sözlərinə görə, bu gün səhər saatlarından etibarən Ukraynaya 120 raket atılıb.
***
Dekabrın 29-da səhər saatlarında Rusiya ordusu Ukraynanın müxtəlif vilayətlərinə kütləvi raket zərbələri endirib.
UNIAN xəbər verir ki, Nikolayev, Kiyev, Sumı, Jitomir və Çerniqov vilayətlərinə raketlər atılıb.
Sözügedən ərazilərdə ard-arda partlayış səsləri eşidilir.
Ərazilərdə hava hücumundan müdafiə sistemləri işə düşüb.