Rusiyalı oliqarxlar 2022-ci ildə 95 milyard dollar itiriblər – SANKSİYALAR SƏBƏBİNDƏN

31/12/2022 - 01:16

“Bloomberg” dünyanın ən zəngin 500 adamının illik reytinqini dərc edib.

Qafqaz.media sayta istinadən xəbər verir ki, planetin ən böyük sərvətə malik sakini lüks mallar istehsal edən “Louis Vuitton Moet Hennessy” şirkətlər qrupunun prezidenti fransız Bernard Arnaultdur.

Ruslar arasında ilk yüzlükdə Vladimir Potanin 28,5 milyard dollar aktivlə 41-ci, Leonid Mixelson 49-cu yerdə (24,6 milyard dollar), Vladimir Lisin isə 71-ci yerdə (19,7 milyard dollar), Aleksey Mordaşov (18,6 milyard) 80-ci, Əlişir Usmanov (18,5 milyard) isə 81-ci yeri tutur.

Eyni zamanda, nəşrin hesablamalarına görə, 2022-ci ildə bütün rusiyalı oliqarxlar müharibə və sanksiyalar səbəbindən ümumilikdə 95 milyard dollar itiriblər. Məsələn, Aleksey Mordaşovun sərvəti 36%, Roman Abramoviçin sərvəti 57%, Gennadi Timçenkonun sərvəti 48% azalıb.

Üçüncü Böyük Vladimir: Putinin min illik geosiyasəti – TƏHLİL

Bir çox oliqarxlar - Potanin, Mixelson, Abramoviç, Usmanov ABŞ, Aİ və Böyük Britaniyanın sanksiyalarına məruz qalıb. Vladimir Putinə yaxın adam olan Gennadi Timçenko hələ 2014-cü ildə sanksiyaların bir hissəsinə məruz qalmışdı.

Qafqaz.media