“Ruslar Qarabağdan çıxsalar Volqa hövzəsini də itirəcəklər...” – Stepan Danielyan

26/12/2022 - 18:25

“Ruslar başa düşürlər ki, Qarabağdan çıxsalar, Cənubi Qafqazı, sonra Orta Asiyanı, daha sonra Şimali Qafqazı və bütün Volqa hövzəsini itirəcəklər”.

Bu barədə erməni politoloq Stepan Danielyan danışıb. “Ruslar müqəddəs deyillər və bizim problemlərimizə görə əziyyət çəkmirlər. Problemlərini həll edirlər, türklərə bizim hesabımıza güzəştə gedirlər ki, Ukraynada vəziyyət tam aydın olana qədər vaxt udsunlar. Lazım olan anda Türkiyədən qisas almaq istəyəcəklər, çünki Azərbaycan da, Türkiyə də Kremlin “qırmızı xəttini” keçib, rusların, iranlıların nüfuz dairəsində möhkəmlənərək onların bütövlüyünə təhdid yaradıb”, - o vurğulayıb.

Danielyan iddia edib ki, Paşinyan Qarabağın, sonra Zəngəzurun tam təslim edilməsinə razılıq verib. “Niyə bunu edir, bax, bu araşdırılmalı məsələsidir”, - o qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33