“Saakaşvili istənilən əcnəbi həkimi dəvət edə bilər” – ƏDLİYYƏ NAZİRİ

29/11/2022 - 22:40

“Ədliyyə Nazirliyinin Gürcüstan həbsxanasında cəza çəkən məhbusu müalicə məqsədilə xaricə köçürməsi üçün heç bir hüquqi rıçaq yoxdur”.

Qafqaz.media xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.

Onun sözlərinə görə, eks-prezident Mixail Saakaşvili dünyanın istənilən klinikasından istənilən həkimi dəvət edə bilər və həmin həkimin xəstəni qəbul etməsi təmin ediləcək.

“Biz hamıya xatırlatmalıyıq ki, məhkum olunmuş məhbus Gürcüstanın cəzaçəkmə müəssisəsində cəza çəkir və Ədliyyə Nazirliyinin bu cür hüquqi rıçaqları yoxdur ki, o, müalicə üçün xaricə göndərilsin. “Empati” Mərkəzi müstəqil ekspertiza keçirir, orada xarici ekspertlər də iştirak edib, dövlət hər birinə müvafiq icazə verib. Dövlətin hər bir insanın həyatına yüksək məsuliyyətlə yanaşdığını nəzərə alaraq, Mixail Saakaşviliyə istənilən xarici klinikadan istənilən həkimi dəvət etməyi təklif edirik”, - Breqadze bildirib.

Brifinqdə nazir onu da deyib ki, rəhbərlik etdiyi qurum hələ də ictimaiyyətə açıqlanmayan “Empati”nin rəyi ilə tanış olmayıb. Həmçinin, onun sözlərinə görə, nazirlik tərəfindən eks-prezidenti müayinə etmək üçün Samxarauli Ekspert Bürosu da dəvət edilib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33