"SAAKAŞVİLİ ÖLƏRSƏ, GÜRCÜSTAN HEÇ VAXT AVROPA İTTİFAQININ ÜZVÜ OLMAYACAQ" - Avropa Parlamenti Tiflisi hədələdi
27/12/2022 - 17:40
Gürcüstanın Avropa İttifaqına daxil olması ölkənin eks-prezidenti Mixail Saakaşvilinin işi ilə birbaşa bağlıdır.
Onun həbsxanada öləcəyi təqdirdə Tbilisi üzvlük məsələsini unuda bilər.
Bu barədə Avropa Parlamentinin deputatı Yasek Sariuş-Volski bildirib.
“Saakaşvilinin işi ilə Gürcüstanın Avropa İttifaqına daxil olması arasında bağlılıq fundamental əhəmiyyət kəsb edir. Bunlar bir-birindən ayrılmazdır. Eks-prezident həbsxanada ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Avropa İttifaqına daxil olmasını dəstəkləməyəcək”, - deyə deputat qeyd edib.
Mənbə: RBC.ua