“Saakaşvili özünü şikəst etməklə məşğuldur və müalicə kursuna əməl etmir” – ƏDLİYYƏ NAZİRİ

07/12/2022 - 11:43

“Həbsdə olan eks-prezident Mixail Saakaşvili əslində özünü şikəst etməklə məşğuldur və müalicə kursuna əməl etmir”.

Qafqaz.media xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.

Nazir qeyd edib ki, təcili tədbirlər görülməsə, mövcud diaqnozların birləşməsi komaya və ölümə səbəb ola bilər.

"Əminliklə demək olar ki, bu şəxs həkimlər tərəfindən seçilən müalicə kursuna əməl etmir", - Breqadze "İmedi" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, “bu, çoxlu sual işarələri buraxır” və “bu, müəyyən mənada özünü şikəst etmək aktıdır”.

ABŞ-da çalışan gürcü həkim və kardioloq Nana Qeqeçkori deyib ki, nazirin “xəstə sadəcə özü yemək yemir” deməsi qeyri-etikdir və həkimlərin məsuliyyətini götürmür.

Onun sözlərinə görə, Saakaşvilinin iddia edilən diaqnozlarından biri anoreksiyadır və onun psixi vəziyyətinin, qərar qəbul etmək qabiliyyətinin qiymətləndirilməsi zəruridir.

“Əgər psixiatr xəstənin psixi vəziyyətinin onun öz həyatı ilə bağlı qərar qəbul etmək iqtidarında olmadığını müəyyən edərsə, bu qərar hüquq qanuna uyğun olaraq müəyyən edilmiş başqa şəxsə verilməlidir... Əks halda, bütün məsuliyyət xəstənin idarə olunmasında iştirak edən həkim və digər tibb işçilərinin üzərinə düşür”, - Gegeçkori bildirib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02