Saakaşvilinin orqanizmində daha bir zəhərli maddə aşkarlandı – VƏKİLİNDƏN AÇIQLAMA

28/11/2022 - 14:04

Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvilinin tibbi analizləri zamanı onun orqanizmində civə və ağır metallarla yanaşı, yüksək miqdarda arsen olduğu üzə çıxıb.

Qafqaz.media “Mtavari” telekanalına istinadən xəbər verir ki, bunu Saakaşvilinin vəkili Şalva Xaçapuridze deyib.

“Dırnaq testlərini hələ almamışıq, bu gün gələcək, amma telefonla məlum oldu ki, araşdırma zamanı başqa (zəhərli – red.) maddə – arsen aşkarlanıb”, - vəkil bildirib.

Bundan əvvəl Saakaşvilinin vəkilləri və anası onun ağır metallarla, o cümlədən civə ilə zəhərləndiyini bildiriblər. Bunu “Empati” tibb qeyri-hökumət təşkilatı da təsdiqləyib.

Xatırladaq ki, Gürcüstan hakimiyyəti ölkənin keçmiş prezidentinin mümkün zəhərlənməsi ilə bağlı yaxınlarını və vəçkillərini vaxtından əvvəl açıqlamlar verməkdən çəkinməyə çağırıb.

Qafqaz.media