"Saakaşvilinin yaxın vaxtlarda azadlığa buraxılması üçün hər şeyi edəcəyik” - KOBA NAKOPİYA

12/12/2022 - 10:33

Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının Siyasi Şurası ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması planını qəbul edib.

Bunu Milli Hərəkatın Siyasi Şurasının sədri deyib.

O, partiyanın əsas məqsədinin Saakaşvilinin azadlığa buraxılması olduğunu açıqlayıb:

“Saakaşvilinin yoldaşları hesab edirlər ki, məhkəmə eks-prezidentin yenə həbsdə qalmasına qərar verəcək. Bizim buna cavab strategiyamız var. Partiya Mixail Saakaşvilinin yaxın vaxtlarda azadlığa buraxılması üçün hər şeyi edəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33