SABİQ İCRA BAŞÇISI HAQDA QƏRARI BU HAKİM VERƏCƏK... - Foto

12/01/2023 - 16:09

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işinə sədrlik edəcək yeni hakim məlum olub.

APA-nın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan iş hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Alimpaşa Məmmədovun cinayət işi hakim Nural Əliyevin icraatına verilmişdi. Onun sədrliyi ilə 5 iclas keçirilib. Bir müddət əvvəl isə Nural Əliyev Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.