“Sehrli xalat”ın Rəşidi, aktyor Azər Qurbanov vəfat edib
24/01/2024 - 16:58
Aktyor Azər Qurbanov vəfat edib.
APA xəbər verir ki, bu barədə əməkdar mədəniyyət işçisi Yusif Şeyxov sosial mediada paylaşım edib.
Qeyd edək ki, Azər Qurbanov daha çox “Sehrli xalat” filmindəki Rəşid rolu ilə məşhurdur. O, uzun müddətdir ki, ABŞ-da yaşayırdı.
Qafqaz.Media