Şimşək çaxıb, leysan yağıb - Faktiki hava
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. Düşən yağıntının miqdarı Əlibəydə(Zaqatala) 12 mm, Şahdağda 10 mm, Ordubad, İsmayıllı, Şahbuz, Culfa, Balakən, Zaqatala, Şəki, Şamaxı, Quba, Qusar, Xaçmaz, Xaltan, Şabran, Astarada 5 mm-dək olub.İyulun 3-də qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Naxçıvanda 16 m/s-dək güclənib.Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 31, Aran rayonlarında 34, dağlıq rayonlarda 20-25 dərəcəyə isti olub