ŞOK: Ruslar Azov dənizində UNO vurduqlarını iddia etdi

06/01/2023 - 19:47

Rusiya ilə Ukrayna arasında müharibə davam etdiyi bir vaxtda bütün dünyanı heyrətə gətirən bir bəyanat dərc olunub.

Qafqaz.media xəbər verir ki, Rostov vilayətinin qubernatoru Vasili Qolubev çərşənbə axşamı (yanvarın 3-də) "top şəklində kiçik ölçülü naməlum obyektin" zenit raketləri ilə məhv edildiyini bildirib.

Vasili Qolubev “Telegram”-da verdiyi açıqlamada Sultan Sala kəndinin üstündə kiçik, top şəkilli naməlum obyektin göründüyünü bildirib. Onun sözlərinə görə, həmin obyekt ordu qüvvələri tərəfindən hədəfə alınaraq məhv edilib.

Yerli xəbər agentliyi “Pivyet Rostov” göydə top formalı UNO-nun (Uçan Naməlum Obyekt) vurulduğunu bildirib.

Qolubev ictimaiyyəti sakit olmağa çağırıb və "səmanın zenit müdafiəsi ilə örtüldüyünü" və heç bir təhlükənin olmadığını bəyan edib.

Rus güçleri Azak denizinde UFO vurduklarını öne sürdü

Yerli xəbər kanalları səmada partlayan parlaq, top formalı obyektin videosunu paylaşıb.

Qeyd edək ki, Rostov Azov dənizində strateji əhəmiyyətli bir yerə malikdir.

Qafqaz.media