Tramp və Bolton ABŞ-Rusiya anlaşmasından narazıdırlar
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya Federasiyasında narkotik qaçaqmalçılığına görə məhkum olunmuş basketbolçu Britni Qrinerin ABŞ-da cəza çəkən rusiyalı Viktor Butla ilə dəyişdirilməsini ABŞ üçün ayıb adlandırıb.
“ABŞ-da Buta qarşı irəli sürülən ittihamların ciddiliyini və ölkəyə açıq şəkildə nifrət edən Qreynerin anti-Amerika mövqeyini nəzərə alsaq, mübadilə sövdələşməsi ekvivalent deyil”, - Tramp deyib.
Qafqaz.media xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti casusluqda təqsirli bilinən amerikalı Paul Whelanın niyə mübadilə müqaviləsinə daxil edilməməsi ilə maraqlanıb.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton rusiyalı Viktor Butun amerikalı basketbolçu Britni Qrinerlə dəyişdirilməsini “Amerikanın təslimiyyəti” adlandırmışdı.
Qafqaz.media