“Tərəflər birtərəfli atəşkəsə hazır olduqlarını nümayiş etdirməlidirlər” – ƏRDOĞAN-PUTİN DANIŞIQLARININ DETALLARI AÇIQLANDI

05/01/2023 - 15:52

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Rusiya prezidenti Vladimir Putinlə telefon danışığının təfərrüatları barədə danışıb.

Qafqaz.media xəbər verir ki, bu bardə Türkiyə prezidentinin ofisindən verilən açıqlamada bildirilir.

O, Putinə deyib ki, sülhün yollarını tapmaq üçün beynəlxalq səylər ilk növbədə münaqişə tərəflərinin özləri tərəfindən dəstəklənməlidir.

Türkiyə lideri hesab edir ki, tərəflər ədalətli həll yolu tapmaq üçün ilk növbədə birtərəfli atəşkəsə hazır olmalıdırlar.

Məlumata əsasaən, söhbət zamanı Ərdoğan və Putin enerji bazarındakı vəziyyəti və Qara dəniz taxıl dəhlizlərini də müzakirə ediblər.

Qafqaz.media