"TÜRKİYƏ XALQININ YANINDAYIQ" - Zelenski qardaş ölkəyə yardım təklif etdi

06/02/2023 - 10:46

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə xalqına və həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Qafqaz.media xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Bu çətin vaxtda Türkiyə xalqının yanındayıq. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün əlimizdən gələni etməyə hazırıq”, - o bildirib.