Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu: “Orta Nəqliyyat Dəhlizi” ilə yükdaşımaların həcmi 2021-ci ilə nisbətən altı dəfə çox olacaq"

25/11/2022 - 17:13

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Türkiyə, Qazaxıstan və Azərbaycan nəqliyyat və xarici işlər nazirlərinin Aktauda keçirilən üçtərəfli görüşünün açılışında bildirib ki, cari ilin sonunadək “Orta Nəqliyyat Dəhlizi” ilə yükdaşımaların həcmi artacaq və 2021-ci ilə nisbətən altı dəfə çox olacaq.
Türkiyə diplomatiyasının rəhbəri xatırladıb ki, bu gün dünyada ən böyük həcmdə yüklər Asiya ilə Avropa arasında daşınır, “Orta Nəqliyyat Dəhlizi” isə yükdaşımalarda ən qısa və ən sərfəli marşrut olaraq qalır.
Çavuşoğlu son dövrdə geosiyasi proseslərin əhəmiyyətini artıran üç mühüm dünya hadisəsinə diqqət çəkib.
Birincisi, malların tədarük zəncirlərində fasilələr var ki, bu da təhlükəsiz və dayanıqlı nəqliyyat əlaqələrinin əhəmiyyətini artırır və bu amili rəqabətin vacib komponentinə çevirir.
İkincisi, Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq və enerji böhranına səbəb oldu.
Üçüncüsü, ABŞ və Çin arasında ziddiyyətlər dərinləşir. Nazir bildirib ki, dünyanın iki ən böyük iqtisadiyyatı bir-birini əvəz edən məhsulların yollarını axtarır.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33