Türkiyədə polisləri daşıyan avtobus qəza etdi - Xeyli sayda yaralı var

24/11/2022 - 23:54

Türkiyənin Diyarbakır şəhərinin Silvan rayonunda polis və mühafizəçiləri daşıyan avtobus qəza edib.

Qafqaz.media "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər yaralanıb.

Silvan Dövlət Xəstəxanasına aparılan yaralıların vəziyyətinin yaxşı olduğu öyrənilib.