TÜRKİYƏDƏKİ GÜCLÜ ZƏLZƏLƏ BU ÖLKƏLƏRƏ DƏ SİRAYƏT EDİB - Yüzlərlə ölən var / Yenilənib

06/02/2023 - 12:09

Suriyada güclü zəlzələdə ölənlərin sayı 427-yə çatıb. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 600 nəfər yaralanıb.

***

Türkiyədə gecə saatlarında baş verən 7,4 ballıq zəlzələdən sonra İtaliyada da təhlükəli vəziyyət yaranıb.

İtaliyanın Mülki Müdafiə Departamenti sunami təhlükəsi barədə xəbərdarlıq edib.

Suriyada, Livanda, Misirdə və Kiprdə qonşu Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda güclü təkanlar hiss edilib.

Suriyada zəlzələdə həlak olanların sayı 99-a çatıb. 330-dan çox insan yaralanıb.Bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayılıb. 

Xilasetmə qrupları Əl-Ərbəin məhəlləsində dağıntılar arasında ölən və yaralananların axtarışını aparırlar.

Hadisə yerinə Suriya Qızıl Aypara Cəmiyyətinin təcili yardım maşınları gəlib.

Dəməşqdə, eləcə də Livanın Tripoli və Beyrut şəhərlərində zəlzələ səbəbindən küçələrə axışan insanlar binaların yaxında parklanmış maşınlarını ərazidən uzaqlaşdırmağa çalışırlar.

Xatırladaq ki, Türkiyədə gecə 7,4 maqnitudalı zəlzələ olub. (Mənbə: Al Arabiya, Haber Global)