Ukrayna hərbçiləri Rusiyanın daha bir bazasını məhv etdilər - VİDEO

03/01/2023 - 12:21

Ukrayna hərbçiləri Xerson vilayətinin Alyoşki kəndi yaxınlığındakı Pravye Saqi kəndində rusların bazasına hücum edib.

Qafqaz.media xəbər verir ki, Ukrayna teleqram kanalları və mediası Rusiya hərbçilərinin “Qran Pri” şəhərətrafı kompleksin ərazisində yerləşdiyi barədə məlumat yayıb.

Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri kompleksin bir neçə binasını dağıdıb. Hazırda itkilər dəqiqləşdirilir.

Yerli ictimaiyyət rusların təslim olduğunu görub.

Məlumata əsasən, Rusiya hərbçiləri mütəmadi olaraq “Qran Pri”dən fotoları sosial şəbəkələrdə yerləşdirirdilər.

Bazada Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Qərargahının 10-cu briqadasından olan hərbçilərin olduğu iddia edilir.

Qafqaz.media