Ukrayna ordusu İrana məxsus 540 PUA və 500 qanadlı raketi vurub

05/01/2023 - 00:00

Ukrayna hava hücumundan müdafiə qüvvələri sentyabr ayından bu yana İrana məxsus 540 pilotsuz uçan aparatı vurub.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin mətbuat mərkəzi bildirib ki, Rusiya İranın kamikadze pilotsuz uçan aparatlarından istifadə edərək hücumlara başladığı sentyabrdan bəri ölkənin hava hücumundan müdafiə qüvvələri artıq 540-dan çox belə pilotsuz təyyarəni, həmçinin 500-ə yaxın qanadlı raketi vurub.

Ukrayna ordusunun açıqlamasında deyilir ki, 2023-cü ilin ilk iki saatında Ukrayna hava hücumundan müdafiə qüvvələri dronların 100 faizini, yəni 84 ədədini vurub.

Qafqaz.media