Ukraynada dəhşətli helikopter qəzası nəticəsində ölənlərin sayı artıb – 3-Ü UŞAQ OLMAQLA 18 NƏFƏR ÖLÜB, 26 YARALI VAR

18/01/2023 - 12:32

Brovaridə helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 3-ü uşaq olmaqla 18 nəfərə çatıb.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, 12-si uşaq olmaqla 26 nəfər də xəsarət alıb.