Vardanyan Qarabağdan getməyəcəyini bildirib – “Mənim nənəm buradandır…”

25/12/2022 - 00:12

“Noyabrın əvvəlində Dağlıq Qarabağın dövlət naziri təyin edilən Ruben Vardanyan Rusiyanın RBC telekanalına Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun onun fəaliyyətinin kriminal və avantürist xarakter daşıdığı, bu səbəbdən də regionu tərk etməsi barədə bəyanatını şərh edib”.

Qafqaz.media xəbər verir ki, bu barədə “Azatutyun” saytı məlumat yayıb.

“Mən 20 ildir ki, Artsaxa gəlirəm. Mənim Artsax köklərim var, nənəm buradandır. Mənim burada evim var və niyə buradan ayrılmalı olduğumu başa düşmürəm”, - Vardanyan bildirib.

Vardanyanın sözlərinə görə, Qarabağ erməniləri rus sülhməramlılarının Laçın dəhlizində vəziyyətin nizamlanması ilə bağlı irəli sürdüyü təkliflə razılaşıb: “Lakin Azərbaycan tərəfi bundan qəti şəkildə imtina etdi. Başqa bir məsələ ondan ibarətdir ki, bundan əvvəl Azərbaycan tərəfdən yollar bağlanıb, mütəxəssislərin girişinə mane olunub”.

Vardanyan Qarabağdakı vəziyyəti “tam humanitar böhran” kimi qiymətləndirib: “Çünki regionu Ermənistanla birləşdirən dəhlizi bağlayan “ekoloqlar” yalnız “Qırmızı Xaç” avtomobillərini və Rusiya sülhməramlılarını buraxıblar. Ermənistan dövlət nömrə nişanlı avtomobillər yalnız “Qırmızı Xaç” Komitəsinin müşayiəti ilə keçir. Bu, müqavilənin doqquzuncu bəndini pozur, hansı ki, yolun sərbəst olması lazımdır”.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33