Vardanyan və əlaltılarından "yeni fırıldaq"-Xankəndinə saxta ekspertlər çağırıldı

29/12/2022 - 00:50

Ekoloqların davam edən aksiyası fonunda Xankəndi separatçıları növbəti saxtakarlıq sxemini həyata keçirməyə çalışırlar. Ruben Vardanyan və onun əlaltıları Dəmirli mədəninin (erməni adı Kaşendir) “dayandırıldığını” elan ediblər. Orada iş aparan “Base Metals” şirkəti rəsmisi açıqlayıb ki, müstəqil ekspertiza aparılana qədər iş dayandırılıb, ekspertlərin göndərilməsi üçün artıq BMT (!) və müvafiq beynəlxalq təşkilatlara müraciət edilib və s.
Aydındır ki, söhbət növbəti saxtakarlıqdan gedir. Laçın-Şuşa-Ağdam yolunda etiraz aksiyasının iştirakçıları vəziyyəti qanun, ədəb və beynəlxalq hüququ “saymayan”, separatçıların dəvətini qəbul edən “ekspertlərin” dəyərləndirməsini tələb etmirlər. Aksiya iştirakçılarının tələbi məlumdur: Azərbaycanın müvafiq dövlət strukturları, ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən mədənlərdə peşəkar monitorinqlər aparılmalıdır. Üstəlik, separatçıların dəvət etdiyi “mütəxəssislər”in ölkəmizə buraxılmayacaqlar. Azərbaycan ərazisindəki faydalı qazıntı yataqlarında monitorinq, ekspertiza və digər qiymətləndirmələr aparmaq ölkəmizin suveren hüququdur və Azərbaycan bu hüququ heç kimlə bölüşmək niyyətində deyil. Xüsusən də söhbət separatçılarla əməkdaşlıq etmək istəyən şəxslərdən və təşkilatlardan gedirsə. 

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33