Xalq artisti Mənsum İbrahimovla görüş təşkil olunub

24/01/2024 - 09:59

Bu haqda şəxsən sənətkarın özü Qafqaz.Media saytına xəbər verib.

Bakı Şəhər Mədəniyyət Baș ldarəsinin təşkilatçılığı ilə "Qonağımız var" layihəsi çərçivəsində Əmircan qəsəbə Mədəniyyət evində tanınmış xanəndə, Xalq artisti, "Şöhrət"', "$ərəf"' ordenli, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum ibrahimovla görüş təşkil olunub. İlk öncə Azərbaycan Respublikasının Milli Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, şəhid anaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tanınmış xanəndənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, Mənsum ibrahimov gözəl
xanəndə olmaqla yanaşı, həm də Azərbaycan Dövlət Opera və Balet Teatrinin solistidir. 0, təkcə Məcnunu yox,
"Aşıq Qərib"da Qərib və "Gəlin qayası"nda Camal rollarını da yüksək səviyyədə ifa edib. Mənsum ibrahimov çıxışında yaratdığı ölməz obrazlardan, Azərbaycan muğamının inkişafı, tədrisi və təbliği istiqamətində göstərdiyi xidmətlərdən bəhs edib, muğamlarımızdan, xalq mahnı və təsnifllərimizdən danışıb və ona ünvanlanan sualları cavablandırıb. Sonda Mənsum ibrahimovun rəhbərliyi ilə "Qarabağ"
muğam qrupu "Zəfər nəğməsi" ilə çıxış edib. Xanəndə Mənsum İbrahimovu Xalq artisti Elçin Həşimov tarda,
Əməkdar artist Elnur Əhmədov kamançada müşayiət ediblər.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

https://www.instagram.com/reel/C2cdPyCKbLm/

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49