“Xırdalan" dairəsi istiqamətində yolda təmir işləri aparılır, sıxlıq yaranıb
01/02/2025 - 15:02
Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, “Xırdalan" dairəsi istiqamətində yolda təmir işləri aparılır.
Bu barədə APA-ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən nəqliyyat sıxlığı yaranıb.