Yeni il münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında hazırlanan maraqlı və əyləncəli kompozisiya davam edir
Qafqaz.Media xəbər verir ki, yeni il münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında hazırlanan maraqlı və əyləncəli kompozisiya davam edir. Bu haqda saytımıza teatrın mətbuat katibi Fəridə Aslanova xəbər verib.
Kompozisiyada Şaxta babanın və Qar qızın uşaqlara nağıl hədiyyəsi "Yatmış gözəl və cırtdanlar" tamaşasıdır.
Səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, səhnələşdirəni Anar Babalıdır.
Qeyd edək ki, 29 dekabrda başlanan tamaşa gələn ilin yanvarın 3-dək davam edəcək (gündə 4 dəfə - 10:30; 12:30; 14:30; 16:30).
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə edə bilərsiniz!
Kollektiv sifarişlər də qəbul olunur.
Fuad BİLƏSUVARLI
Qafqaz.Media