ABŞ ÇİNİN "KƏŞFİYYAT ŞARI"NI VURDU - Hazırda qalıqları Atlantik okeanından çıxarılır...

05/02/2023 - 00:12

ABŞ öz hava məkanında Çinin hava şarını (aerostat-red) vurub.

"Associated Press" xəbər verir ki, hazırda tullantıların sudan çıxarılması üzrə əməliyyat aparılır.

Hadisənin digər təfərrüatları hələ açıqlanmır.

Daha əvvəl bildirilirdi ki, ABŞ Çin şarının Atlantik okeanı üzərində səmaya qalxmasını gözləmək və onu vurmağa cəhd etmək niyyətindədir.

Cümə axşamı Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, ABŞ səlahiyyətliləri ölkənin kontinental hissəsində kəşfiyyat şarını qeydə alıblar.

Onu da qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken bu səbəbdən fevralın 5-6-na planlaşdırılan Çinə səfərini təxirə salıb.

Qafqaz.media