Aİ HƏMAS-a qarşı sanksiyalar tətbiq etməyi düşünür

10/11/2023 - 23:03

Avropa İttifaqı oktyabrın 7-də İsrailə hücuma görə Həmas nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyi düşünür.

“Report”un məlumatına görə, bunu Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə 27 icma ölkəsinin xarici işlər nazirlərinin noyabrın 13-də keçiriləcək görüşü ərəfəsində jurnalistlərə deyib.

“Biz HƏMAS-a qarşı əlavə tədbirlərə açığıq. Bu, şəxslərin qara siyahıya salınmasını da əhatə edə bilər”-deyə, o bildirib.

Diplomatın sözlərinə görə, noyabrın 13-də xarici işlər nazirlərinin görüşündə Yaxın Şərqdəki vəziyyət diqqət mərkəzində olacaq:

“Qəzza müharibəsində baş verənlərə və Aİ-nin orta müddətli perspektivdə hansı addımı atacağına dair nazirlər tərəfindən qiymətləndirmə aparılacaq”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33