Akif Çovdarov 30 milyonluq əmlakını yenidən itirə bilər? – ALİ MƏHKƏMƏNİN QƏRAR VERƏCƏYİ GÖZLƏNİLİR…

06/01/2023 - 01:28

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun müsadirə olunmuş 30 milyonluq əmlakının geri qaytarılması ilə bağlı məhkəmənin qərarı Azərbaycanda ictimai rezonansa səbəb olub.

Qafqaz.media Haqqin.az-a istinadən xəbər verir ki, müstəqil hüquqşünaslar və cəmiyyətin fəal hissəsi Bakı Apellyasiya Məhkəməsinin bu qərarını Azərbaycanın hüquq sisteminin prinsiplərinə zərbə vurmaq kimi qiymətləndirib. “Bu qərar ölkədə məhkəmə hakimiyyətinin imicinə ciddi zərbə vurdu”, - deyə sayt yazır.

Sayt daha sonra əlavə edir: “İqtidaryönlü media yaxın vaxtlarda sözügedən qalmaqallı məhkəmə qərarı ilə bağlı kassasiya protestinin gözlənildiyini yazır.

Prokurorluğun verdiyi protestə Ali Məhkəmədə baxılacağı, hakim Qabil Məmmədovun qərarının ləğv oluna biləcəyi bildirilir”.

Qafqaz.media