Andiçmə mərasimində Cənubi Qafqaz mesajı – Tokayevin yeni prioritetləri

26/11/2022 - 12:59

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qonşu dövlətlərlə - Rusiya, Çin və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı rəsmi Astananın xarici siyasətinin əsas prioritetlərindən biri adlandırıb.

Ölkə başçısı andiçmə mərasimində qarşıdakı dövr üçün xarici siyasətində prioritetlərini sadalayıb.

“Prioritet diqqət qonşu dövlətlərlə - Rusiya, Çin və Mərkəzi Asiyanın qardaş ölkələri, inteqrasiya birliklərindəki tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq məsələlərinə yönələcək”, - prezident inauqurasiya nitqində bildirib.

Tokayev onu da qeyd edib ki, Qazaxıstan ABŞ, Avropa Birliyi, Asiya, Yaxın Şərq və Cənubi Qafqaz dövlətləri, eləcə də bütün maraqlı ölkələrlə çoxşaxəli əməkdaşlığın inkişafı üçün bütün səyləri göstərmək niyyətindədir.

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində qalib gələn Tokayev bu gün Müstəqillik Sarayında xalq qarşısında and içərək dövlət başçısı kimi fəaliyyətə başlayıb./teleqraf.com

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02