ARTIQ 29 ÖLKƏDƏ KORONOVİRUSUN "SUPER VARİANT"I AŞKARLANIB - "Kabus" geri qayıdır?

05/01/2023 - 09:56

Koronavirusun mutasiyaya uğramış yeni forması “Omikron XBB.1.5” ştamı pandemiyanın növbəti dalğasına səbəb ola bilər.

Bu barədə “Politico” xəbər verir.

Qeyd olunub ki, yeni “Super Variant” ştamı artıq bir neçə qitənin 29 ölkəsində tapılıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove bəyan edib ki, təmsil etdiyi təşkilat yeni ştama yoluxanların sayının sürətlə artmasından narahatdır:

“Xüsusən də Avropanın bəzi hissələrində və ABŞ-ın şimal-şərqində, burada yeni ştam sürətlə digər dövriyyədə olan alt-variantları əvəz edib”.

Onun sözlərinə görə, ÜST yeni ştamı təhlil edir və yekun nəticə ictimaiyyətə açıqlanacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06