Avstraliya İrana qarşı sanksiyaları genişləndirib

16/09/2024 - 09:25

Avstraliya İrana qarşı sanksiyaları genişləndirib və orada insan hüquqlarının pozulmasını əsas gətirərək, beş İran vətəndaşının qara siyahıya salındığını açıqlayıb. APA xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin rəhbəri Penni Vonq məlumat verib. "Mahsa Aminin faciəli ölümünün ikinci ildönümünü qeyd etmək üçün Avstraliya hökuməti bu gün daha beş İran vətəndaşına qarşı məqsədyönlü iqtisadi sanksiyalar və səyahət qadağaları tətbiq edir", - dayə Vonqun XİN tərəfindən yayılan açıqlamasında bildirilir. Nazir həmçinin qeyd edib ki, Avstraliya 195 İran vətəndaşı və biznesinə qarşı məqsədyönlü sanksiyalar tətbiq edib. O, bu tədbirlərin Avstraliyanın İranı insan haqlarının pozulmasına görə məsuliyyətə cəlb etməkdə qətiyyətini nümayiş etdirdiyini deyib. Qeyd edək ki, rəsmi versiyaya görə, polis 22 yaşlı Məhsa Əmini 2022-ci ilin sentyabrında düzgün hicab geyinmədiyi üçün saxlayıb. Dindirilmə zamanı o, infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyüldüyü barədə məlumat yayılıb. Oktyabrın 7-də İranın Ədliyyə Tibb Təşkilatı qızın ölüm səbəbi ilə bağlı rəsmi hesabat dərc edib və onun xəsarət almadığını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15