AZƏRTAC-ın yeni sədri kimdir? - DOSYE
28/11/2022 - 15:01
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.
Qafqaz.media Vüqar Əliyevin dosyesini təqdim edir:
Vüqar Əliyev 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dillər Universitetini bitirib.
İkinci ali təhsilini isə Moskva Dövlət Linqvistika Universitetində jurnalistika ixtisası üzrə alıb.
O bu vəzifəyə təyin olunana qədər AZƏRTAC-da bölmə müdiri kimi, daha sonra isə Prezident Administrasiyasında məsul vəzifədə çalışıb.
Vüqar Əliyev ailəlidir, üç övladı var.