Bakıda COP29-a hazırlıqla bağlı təlim seminarı keçirilib - FOTO

13/05/2024 - 10:09

İkiillik Şəffaflıq Hesabatlarının (Biennial Transparency Reports -BTR) hazırlanmasında etimad və potensialın yaradılması üzrə təlim seminarı keçirilib.

APA xəbər verir ki, açılışda Azərbaycan xarici işlər nazirinin müavini, COP29 Yalçın Rəfiyev çıxış edib.

    Nazir müavini Brazilya və Əfqansıtanda baş verən daşqınlar nəticəsində insan tələfatına görə başsağlığı verib və vurğulayıb ki, bu təbii fəlakətlər iqlim dəyişikliyinin ağır nəticələrini göstərir.

    Nazir müavini COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan bu əhəmiyyətli tədbirin məsuliyyətini başa düşür. Yalçın Rəfiyev deyib ki, COP29 qlobal səviyyədə əməkdaşlıq və dialoqu təşviq edir və iqlim məsələləri və onların təsirlərinin azaldılması ilə bağlı inkişaf etməkdə olan və inkişaf edən ölkələr arasında körpü rolunu oynayacaq.

    "Biz iqlim hədəflərinə nail olmaq üçün resurslarımızı səfərbər etməliyik".

    Nazir müavini əlavə edib ki, Azərbaycan COP29-un ev sahibi olaraq liderliyini nümayiş etdirmək üçün şəffaf şəkildə hesabatların hazırlayır.

    O deyib ki, COP29 ili çərçivəsində Azərbaycan ev sahibi olaraq BMT ilə birgə bu istiqamətdə təlimlər və təşəbbüslərlə çıxış etməyə davam edəcək

    "Bu təlim bu istiqamətdə ilk addımdır. Biz ilk hesabatı bu ilin sonuna qədər təqdim edəcək".

    COP29-un baş danışıqçısı beynəlxalq təşkilatları belə təlimlərə texniki dəstək verməyə çağırıb.

    O əlavə edib ki, təlim iki gün davam edəcək.

    Daha sonra Ekologiya nazirinin müavini Umayra Tağıyeva çıxış edib.

    O deyib ki, bu hesabatlar iqlim məsələləri ilə bağlı qərarvermə prosesində çox vacib rol oynayır.

    "Hesabat boşluqları aşkar edir və təcili addımların atılması prosesini sürətləndirir.

    Hesabatın hazırlanması qarşılıqlı məsuliyyət hissini və əməkdaşlıq ruhunu gücləndirir.

    Azərbaycan özünün BTR-nı hazırlayır və COP29-dan əvvəl bu hesabatın təqdim olunması planlaşdırılır", Umayra Tağıyeva deyib.

     

    Təlimin açılışında UNFCCC Katibliyini Şəffaflıq Departamentinin direktoru Donald Kuper çıxış edib.

     

    UNFCCC rəsmisi də bu hesabatın öhdəlikləri əhatə etmədiyini, iqlim problemlərinə toxunduğunu qeyd edib və vurğulayıb ki, bu hesabatlarda hər ölkəni narahat edən iqlim problemlərinə individual olaraq yanaşılır.

    O, çıxışında təlim iştirakçılarına uğurlar arzulayıb.

    BMT-nin İnkişaf Proqramının COP29 üzrə regional koordinatoru Nuri Özbağdatlı isə çıxışında vurğulayıb ki, iqlim məsələləri qlobal ictimaiyyəti narahat edən ortaq problemdir.

    Regional koordinator şəffaf hesabatların etimad yaratdığını deyib.

     

    Bakıda COP29-a hazırlıqla bağlı təlim seminarı keçirilib - FOTO Bakıda COP29-a hazırlıqla bağlı təlim seminarı keçirilib - FOTO Bakıda COP29-a hazırlıqla bağlı təlim seminarı keçirilib - FOTO Bakıda COP29-a hazırlıqla bağlı təlim seminarı keçirilib - FOTO Bakıda COP29-a hazırlıqla bağlı təlim seminarı keçirilib - FOTO Bakıda COP29-a hazırlıqla bağlı təlim seminarı keçirilib - FOTO Bakıda COP29-a hazırlıqla bağlı təlim seminarı keçirilib - FOTO Bakıda COP29-a hazırlıqla bağlı təlim seminarı keçirilib - FOTO Bakıda COP29-a hazırlıqla bağlı təlim seminarı keçirilib - FOTO Bakıda COP29-a hazırlıqla bağlı təlim seminarı keçirilib - FOTO Bakıda COP29-a hazırlıqla bağlı təlim seminarı keçirilib - FOTO Bakıda COP29-a hazırlıqla bağlı təlim seminarı keçirilib - FOTO Bakıda COP29-a hazırlıqla bağlı təlim seminarı keçirilib - FOTO

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Metroda təşviş yaşandı
    27/11/2024 - 18:53