Bakıda qanlı olay: bacı qardaşını bıçaqladı
28/11/2022 - 09:06
Bakıda qadın qardaşını bıçaqlayıb.
Qafqaz.media apa-ya xəbər verir ki, Sabunçu rayon ərazisində Püstə Məmmədova münaqişə zəminində onunla eyni evdə yaşayan qardaşı, 1970-ci il təvəllüdlü Atamoğlan Məmmədovu bıçaqlayıb.
Yaralı 4 bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilib, qadın saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.