Baş nazirə göndərilən məktubdan “bomba” çıxdı – İSPANİYADA “BOMBALI PAKET” HƏYƏCANI

01/12/2022 - 13:25

İspaniya baş nazirin ünvanına bağlama şəklində göndərilən məktubda partlayıcı qurğu aşkar edilib.

Qafqaz.media-nın məlumatına əsasən bu barədə İspaniya KİV-lərində xəbərlər yayılıb.

Qeyd edək ki, bir gün əvvəl Madriddə Ukrayna səfirliyinin binası yaxınlığında belə bir “məktubun” partlaması barədə məlumat yayılmışdı. Hansı ki, həmin vaxt diplomatik nümayəndəliyin əməkdaşı yüngül xəsarət almışdı.

Həmçinin oda məlum olub ki, İspaniya baş nazir Pedro Sançesin ofisinə gələn “bombalı paket” təhlükəsizlik xidməti tərəfindən aşkar edilib. “El Mundo” ölkənin Daxili İşlər Nazirliyinə istinadən yazır ki, bu bomba noyabrın 24-də tapılıb, lakin görünür, o zaman hadisəni ictimaiyyətə açıqlamamağa qərar veriblər.

Son olaraq isə, belə bir paketin İspaniya Müdafiə Nazirliyinə də gəldiyi bildirilir.

Qafqaz.media