“Biləsuvar-Naxçıvan yolu İran tərəfindən kəsilə bilər” - İran mediasından növbəti TƏXRİBAT

06/12/2022 - 14:35

İranın xüsusi xidmət orqanlarına bağlı olan “Bultan News” saytı növbəti dəfə Azərbaycanı “Bakı Respublikası” adlandıraraq yazır:

“Tehranın “Bakı Respublikası”ndan Naxçıvana yeganə nəqliyyat dəhlizi olan Biləsuvardan Naxçıvana gedən kommunikasiya yolunu bağlamaq qərarı ilə bağlı bəzi xəbərlər yayılıb.

Bu yolun müəyyən problemləri var və indiki şəraitdə ondan istifadə etmək mümkün deyil.

Digər tərəfdən, “Əliyev mafiyası” Türkiyə ilə əlbir olaraq talışların yaşadığı cənub bölgələrində hərbi təlimə başlayıb ki, bu da etnik məsələləri baxımdan İrana açıq-aşkar mesaj sayılır.

Biləsuvar rayonu da talış zonasıdır və İran sərhədi yaxınlığında NATO qüvvələrinin olması səbəbindən Naxçıvana gedən yolun təhlükəsizliyi risk altındadır”.